E-Learning
Əlaqə Resurslar

Azərbaycan Pulmonologiya Cəmiyyəti


Haqqımızda
Birlikdə inkişaf etmək və ictimai sağlamlığı gücləndirmək üçün
Bizə qoşulun

Xəbər & Elanlar


Missiya & Hədəflərimiz


1

Missiya

  • Azərbaycanda pulmonologiya elminin inkişafına töhfə vermək
  • Xəstəliklərin erkən aşkarlanması və düzgün idarə olunmasını təmin etmək
  • Həkimlər, rezidentlər və tələbələr üçün elmi-praktik seminarlar, kurslar və təlimlər təşkil etmək
  • Əhalidə tənəffüs sağlamlığı barədə məlumatlılığı artırmaq və maarifləndirmə aparmaq
  • Beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı gücləndirmək və qlobal elmi mərkəzlərlə inteqrasiyanı təmin etmək
2

Vizyon

Azərbaycan Pulmonologiya Cəmiyyəti qarşıya qoyduğu məqsədlərlə gələcəkdə:

  • Ölkəmizdə pulmonologiya üzrə ən nüfuzlu elmi-tibbi qurumlardan birinə çevrilməyi
  • Regional və beynəlxalq səviyyədə tanınmış elmi platforma olmağı
  • Müasir respirator tədqiqatların aparıldığı və elmi nailiyyətlərin praktikaya tətbiq olunduğu qabaqcıl mərkəzlərdən biri kimi fəaliyyət göstərməyi hədəfləyir.
3

Hədəflər

Cəmiyyətin əsas hədəfi Azərbaycanda pulmonologiyanın elmi və praktik inkişafını təşviq etmək, respirator xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müasir müalicə metodlarının tətbiqi istiqamətində maarifləndirici və təşkilati fəaliyyət göstərməkdir.

4

İdarə heyəti

Azərbaycan Pulmonologiya Cəmiyyətinin idarə heyəti sahənin aparıcı mütəxəssislərindən ibarətdir. İdarə heyəti Cəmiyyətin fəaliyyət strategiyasını müəyyən edir, layihələrin həyata keçirilməsini əlaqələndirir və elmi tədbirlərin təşkilinə rəhbərlik edir.

  • Sədr – Çağla Xurşud Hüseynova
  • Sədr müavini – Firuz Məmmədov
  • Baş katib – Könül Məmmədova
  • Elmi katib – Həsən Həsənzadə, Günay Əliyeva
  • Mali katib – Nicat Ağayev
  • Torakal cərrahiyə nümayəndəsi – Fəhmin Əmirov
  • Media və ictimaiyyətlə əlaqələr üzrə – Nigar Əliyeva, Elvin Məmmədov

Bloq


17 fevral 2024
Arterial qan qazı analizi nədir?
Ətraflı
20 iyun 2026
toz inhaler
Ətraflı

Tərəfdaşlar


Birlikdə inkişaf etmək və ictimai sağlamlığı gücləndirmək üçün
Bizə qoşulun