Azərbaycan Pulmonologiya Cəmiyyəti respublikamızda ağciyər və tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində elmi biliklərin inkişafına, ixtisaslaşmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və həkimlərin davamlı tibbi təhsilinə dəstək göstərmək məqsədilə təsis olunmuşdur.
Cəmiyyətin əsas hədəfi Azərbaycanda pulmonologiyanın elmi və praktik inkişafını təşviq etmək, respirator xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müasir müalicə metodlarının tətbiqi istiqamətində maarifləndirici və təşkilati fəaliyyət göstərməkdir.
Azərbaycan Pulmonologiya Cəmiyyəti 13 oktyabr 2023-cü ildə Çağla Xurşud Hüseynova tərəfindən təsis edilmişdir. Cəmiyyətin yaradılmasında əsas məqsəd respirator xəstəliklərin idarəsində multidissiplinar yanaşmanı gücləndirmək, beynəlxalq təcrübəni ölkəmizə gətirmək və həm klinik praktikada, həm də elmi tədqiqatlarda yeni imkanlar yaratmaq olmuşdur.