E-Learning
Əlaqə Resurslar

UŞAQLARDA BRONXİOLİTLƏR


AYLIQ TOPLANTI

26.02.2025
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

HAQQINDA


Pulmonologiya Cəmiyyətinin aylıq toplantıları son klinik protokolların və beynəlxalq tövsiyələrin təqdimatı, sahədəki yeniliklərin müzakirəsi və bütün həkimlərin aktual elmi məlumatlarla təmin olunması məqsədilə təşkil olunur. Bu platforma praktik yanaşmaların standartlaşdırılması və tibbi biliklərin yenilənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Pulmonologiya cəmiyyətinin aylıq toplantısı çərçivəsində uşaqlarda Bronxiolit mövzusu müzakirə olunub.Toplantıda xəstəliyin erkən klinik əlamətləri, risk qrupları, differensial diaqnostika (xüsusilə astma və pnevmoniya ilə fərqləndirilməsi), eləcə də müalicə və dəstəkləyici terapiya prinsipləri klinik hallar üzərindən təqdim edilib. Oksigenoterapiya göstərişləri, hospitalizasiya meyarları və ağırlaşmaların idarə olunması xüsusi olaraq vurğulanıb.

Tədbirdən Fotolar


Sponsor & Tərəfdaşlar