APC — Azərbaycan Pulmonologiya Cəmiyyəti Üzv ol

PULMONAR VASKULYAR XƏSTƏLİKLƏR SİMPOZİUMU

SİMPOZİUM

Bu tədbir keçirilib

Arxiv materialları və proqram aşağıdadır. Növbəti tədbirlər üçün qeydiyyatdan keçə bilərsiniz.

HAQQINDA

Pulmonologiya Cəmiyyəti tərəfindən təşkil olunan simpoziumlarda respirator xəstəliklərə dair aktual mövzular – bronxial astma, Xroniki Obstruktiv Ağciyər Xəstəliyi, interstisial ağciyər xəstəlikləri və Pulmonar hipertenziya kimi sahələr üzrə ən son beynəlxalq protokollar və klinik yeniliklər təqdim olunur.

Simpoziumların əsas məqsədi həkimlərin elmi biliklərinin artırılması, multidisiplinar yanaşmanın gücləndirilməsi və klinik praktikada standartlaşdırılmış müalicə prinsiplərinin tətbiqinə dəstək verməkdir.

Pulmonologiya cəmiyyətinin təşkil etdiyi “Pulmonar Vaskulyar Xəstəliklər Simpoziumu” ağciyər damar sistemi patologiyalarının diaqnostika və müalicəsinə həsr olunan elmi tədbir kimi keçirilib. Simpoziumda Pulmonar hipertenziya, xroniki tromboembolik pulmonar hipertoniya, pulmonar emboliya və digər vaskulyar ağciyər xəstəlikləri üzrə ən son beynəlxalq protokollar və klinik yanaşmalar müzakirə olunub.

Qalereya

23 şəkil

Məkan

Yer
Yeni Klinika Xəritədə aç