Pulmonologiya cəmiyyətinin təşkil etdiyi webinarlar respirator xəstəliklər sahəsində davamlı tibbi təhsilin dəstəklənməsi məqsədilə keçirilir. Onlayn formatda təşkil olunan bu elmi görüşlərdə aktual klinik protokollar, müasir diaqnostik və müalicə yanaşmaları, eləcə də real klinik hallar müzakirə olunur.
Webinarlarda bronxial astma, Xroniki Obstruktiv Ağciyər Xəstəliyi, Sarkoidoz, interstisial ağciyər xəstəlikləri və pulmonar hipertoniya kimi mövzular üzrə yerli və beynəlxalq mütəxəssislərin təqdimatları keçirilir.
“Konvansiyonel Ağciyər Radiologiyasının Dəyərləndirilməsi” webinarında ağciyər patologiyalarının rentgenoqrafik qiymətləndirilməsi üzrə əsas yanaşmalar müzakirə olunub. Webinar zamanı döş qəfəsi rentgenoqrafiyasının interpretasiya prinsipləri, tez-tez rast gəlinən radioloji tapıntılar və differensial diaqnostik yanaşmalar klinik nümunələr əsasında təqdim edilib. Webinarda iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsiz:
Zoom Bağlantısı
https://us02web.zoom.us/j/83749214460?pwd=dzm64EjwLNlbcTf9bzCHPBRTzfMI36.1
Toplantı Kimliği: 837 4921 4460
Parola: 14012025