APC — Azərbaycan Pulmonologiya Cəmiyyəti Üzv ol

KİSTİK AĞCİYƏR XƏSTILİKLƏRİ

AYLIQ TOPLANTI

Bu tədbir keçirilib

Arxiv materialları və proqram aşağıdadır. Növbəti tədbirlər üçün qeydiyyatdan keçə bilərsiniz.

HAQQINDA

Pulmonologiya Cəmiyyətinin aylıq toplantıları son klinik protokolların və beynəlxalq tövsiyələrin təqdimatı, sahədəki yeniliklərin müzakirəsi və bütün həkimlərin aktual elmi məlumatlarla təmin olunması məqsədilə təşkil olunur. Bu platforma praktik yanaşmaların standartlaşdırılması və tibbi biliklərin yenilənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Pulmonologiya cəmiyyətinin aylıq toplantısı çərçivəsində “Kistik ağciyər xəstəlikləri” mövzusu müzakirə olunub. Görüşdə ağciyərdə kistik lezyonlarla gedən xəstəliklərin diaqnostik yanaşması, differensial diaqnozu və klinik idarəolunması klinik hallar üzərindən təqdim edilib.Toplantıda xüsusilə HRCT görüntüləmənin rolu, kistaların tipləri (tək və çoxsaylı, nazik və qalın divarlı), həmçinin infeksion, anadangəlmə və interstisial səbəblərin fərqləndirilməsi vurğulanıb. Spontan pnevmotoraks riski və ağırlaşmaların idarə olunması da müzakirə edilib

Məkan

Yer
HB Güvən Klinikası Xəritədə aç