APC — Azərbaycan Pulmonologiya Cəmiyyəti Üzv ol

HİPERSENSİTİV PNEVMONİYA

AYLIQ TOPLANTI

Bu tədbir keçirilib

Arxiv materialları və proqram aşağıdadır. Növbəti tədbirlər üçün qeydiyyatdan keçə bilərsiniz.

HAQQINDA

Pulmonologiya Cəmiyyətinin aylıq toplantıları son klinik protokolların və beynəlxalq tövsiyələrin təqdimatı, sahədəki yeniliklərin müzakirəsi və bütün həkimlərin aktual elmi məlumatlarla təmin olunması məqsədilə təşkil olunur. Bu platforma praktik yanaşmaların standartlaşdırılması və tibbi biliklərin yenilənməsi üçün mühüm əhəmiyyət daşıyır.

Pulmonologiya cəmiyyətinin aylıq toplantısı çərçivəsində Hipersensitiv pnevmoniya mövzusu müzakirə olunub.Görüşdə xəstəliyin etiologiyası (orqanik tozlar, quş zülalları, kif və s.), klinik formaları (kəskin, subkəskin və xroniki), həmçinin diaqnostik yanaşma – anamnez, HRCT görüntüləmə, bronxoalveolyar lavaj və funksional testlər klinik hallar üzərindən analiz edilib.

Məkan

Yer
HB Güvən Klinikası Xəritədə aç