APC — Azərbaycan Pulmonologiya Cəmiyyəti Üzv ol

A-DAN Z-Ə ÖSKÜRƏK MƏKTƏBİ

SİMPOZİUM

Bu tədbir keçirilib

Arxiv materialları və proqram aşağıdadır. Növbəti tədbirlər üçün qeydiyyatdan keçə bilərsiniz.

HAQQINDA

Pulmonologiya cəmiyyətinin təşkil etdiyi “A-dan Z-yə Öskürək Məktəbi” proqramında Xroniki öskürək mövzusu multidisiplinar yanaşma ilə müzakirə olunub.

Tədbirdə pulmonoloqlarla yanaşı otorinolarinqoloq, qastroenteroloq və pediatrlar da məruzəçi qismində iştirak edərək öskürəyin müxtəlif etioloji səbəbləri üzrə klinik təqdimatlar ediblər. Yuxarı tənəffüs yolu patologiyaları, qastroezofageal reflüks, astma və pediatrik yaş qrupunda öskürək səbəbləri klinik hallar üzərindən analiz olunub.

Müzakirələr zamanı differensial diaqnostika alqoritmləri, doğru ixtisas yönləndirilməsi və multidisiplinar əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Məkan

Yer
Yeni Klinika Xəritədə aç