E-Learning
Əlaqə Resurslar

KARDİOFEST-2024


ORTAQ TOPLANTI

13-15.12.2024
Ritz Carlton Otel

HAQQINDA


13-15 dekabr 2024-cü il tarixlərində Ritz Carlton Oteldə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizdə və regionda ilk dəfə geniş miqyasda keçirilən, yalnız kardioloqları deyil, həm də daxili xəstəliklər üzrə mütəxəssislərin maraqlarını əhatə edən konqreslər seriyasından ibarət Azərbaycan Kardiologiya Festivalı - Kardiofest 2024 tədbiri keçirilib. Tədbir 12 dekabr 2024-cü il tarixində 6 fərqli mövzularda keçirilən kurslarla start götürüb, 13 dekabrdan başlayaraq geniş elmi proqramla tərtib olunan konqreslərlə davam edib. Belə ki, 13-14 dekabr tarixlərində 13-Milli Kardiologiya Konqresi və 6-cı İnvaziv kardiologiya Konqresi, 15 dekabr tarixində isə 1-ci Pulmonar Hipertenziya Konqresi və 1-ci Kardiometabolik Konqresi baş tutub.

Kardiofest-24 də Azərbaycan Pulmonologiya Cəmiyyətinin də tərəfdaşlığı səviyyəsində 1- ci Kardiometabolik konqres təşkil olunmuşdur. Konqres çərçivəsində kardiometabolik və respirator xəstəliklər arasında qarşılıqlı əlaqə, multidisiplinar yanaşmanın əhəmiyyəti və müasir müalicə strategiyaları geniş şəkildə müzakirə olunub.

Tədbirdə kardiologiya, pulmonologiya, endokrinologiya və daxili xəstəliklər üzrə mütəxəssislər iştirak edərək müxtəlif klinik mövzular üzrə elmi təqdimatlar ediblər. Xüsusilə Pulmonar hipertenziya, xroniki obstruktiv ağciyər xəstəliyi, piylənmə, metabolik sindrom və ürək-ağciyər qarşılıqlı təsiri multidisiplinar baxımdan qiymətləndirilib.

Tədbirdən Fotolar


Sponsor & Tərəfdaşlar