ORTAQ TOPLANTI
21-23 fevral 2025 ci il tarixlərində ölkəmizdə ilk dəfə I Mİlli Daxili Xəstəliklər Konqresi keçirilmişdir. Daxili Xəstəliklər Konqresi çərçivəsində pulmonologiya sahəsi də geniş şəkildə təmsil olunub.Konqresdə Azərbaycan Pulmonologiya Cəmiyyətinin üzvləri Uzm. Dr. Firuz Məmmədov, Uzm. Dr. Könül Məmmədova və Uzm. Dr. Nicat Ağayev məruzəçi qismində çıxış etmiş,
aktual respirator xəstəliklər, müasir diaqnostik yanaşmalar və klinik praktikada qarşılaşılan çətinliklərlə bağlı elmi təqdimatlarla çıxış edib.
Məruzələrdə xüsusilə bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi, interstisial ağciyər xəstəlikləri və multidisiplinar yanaşmanın əhəmiyyəti vurğulanıb. Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələrlə davam etdirilib.